Gəncədə toyda düşən dava zamanı bıçaqlanan şəxslərin sayı üçə çatıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, xəsarət alan 3-cü şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə toy qanla bitib - Bıçaqlananlar var
Yaralı özəl xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, dünən gecə saatlarında şəhərin şadlıq evlərindən birində toyda düşən dava zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu