Daxili İşlər Nazirliyi Cəlilabad rayonu Günəşli kəndində ayrı-ayrı təsərrüfatlardan itən mal-qara ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad rayon sakinləri Vüsal Hüseynov və İbrahim Quliyev oktyabrın 30-da polisə məlumat verərək müraciətdən təxminən 2 həftə əvvəl hər birinə aid 2 baş iribuynuzlu heyvanın örüş sahəsindən itdiyini bildirib.
Hər iki faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılıb. Heyvanların tapılması istiqamətində müvafiq axtarış tədbirləri görülsə də, müsbət nəticə əldə olunmayıb. Həmçinin araşdırma nəticəsində heyvanların Günəşli kəndi ərazisindəki örüş sahəsində nəzarətsiz qaldığından naməlum istiqamətə gedərək itdiyi müəyyən edilib.
Toplanmış materiallarda cinayət hadisəsi olmadığından hər iki material üzrə cinayət işinin başlanması rədd edilib və bu barədə qərarın sürəti hər iki vətəndaşa göndərilib.
Fərid Şabanlı isə dekabrın 4-də polisə məlumat verərək müraciətdən 2 gün əvvəl örüş sahəsindən 2 baş inəyinin itdiyini bildirib. Hazırda həmin müraciətlə bağlı polis şöbəsində araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:47 / 09.12.2023
DİN-dən ayrı-ayrı təsərrüfatlardan itən mal-qara ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: DİN-dən ayrı-ayrı təsərrüfatlardan itən mal-qara ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: DİN-dən ayrı-ayrı təsərrüfatlardan itən mal-qara ilə bağlı AÇIQLAMA
168244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.