Cəlilabad rayonunda ayrı-ayrı şəxslərə məxsus 5 baş iribuynuzlu mal-qara oğurlanıb.
Bizim.Media-nın Cənub bürosuna bu barədə rayonun Günəşli kənd sakinləri məlumat verib.
Belə ki, kənd sakinləri, Fərid Şağanlı, Vüsal Hüseynov və İbrahim Quliyevə məxsus təsərüfatlardan ümumilikdə 5 baş iribuynuzlu mal-qara yoxa çıxıb. Zərərçəkənlərin sözlərinə görə, hadisələr son iki ay içində baş verib. Onlar qeyd edib ki, mal-qaraları örüşə getdikdən sonra, yoxa çıxıblar.
Faktlarla bağlı polisə də müraciət olunduğu bildirilir.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu