=09.02.2017-ci il saat 1100-da “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”x9dnin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsinin Müvəqqəti Saxlanma Yerində monitorinq keçirmişlər. Saxlanılma yeri təmiz və səliqəlidir. Su təchizatı var, dərmanlar və tibb ləvazimatları ilə təchiz olunub, hər hansı iy-qoxu yoxdur. Müvəqqəti saxlanılma yerində ümumi 31 nəfər təqsirləndirilən şəxs var idi ki, onların 28-i kişi və 3-ü qadın idi.
Elşad Həmidov burada təqsirləndirilən şəxslərin əksəriyyəti ilə görüşmüş, onların şəraitləri ilə yaxından maraqlanmışdır. Təqsirləndirilən şəxslər buradan heç bir şikayət və narazlıqlarının olmadıqlarını bildirdilər.





























































































