Oğuzda qanunsuz kömür istehsal edən şəxs barəsində tədbir görüldü

Hazırda oxunan: Oğuzda qanunsuz kömür istehsal edən şəxs barəsində tədbir görüldü

168121

Oğuz Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Muxas kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini Ş.Əkbərov olduğu müəyyən edilib.

Bildirilib ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edilib.

Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyəti dayandırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin