Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə muxtar respublika ərazisində tarixi-memarlıq abidələrinin qorunması ilə bağlı səylərin birləşdirilməsi, abidələrin bərpasında ümumi tender prosedurlarında iştirak edəcək şirkətlərin siyahısının hazırlanması məsələləri müzakirə olunub.
Qeyd edilib ki, tarixi abidələrin bərpası istiqamətində iştirak edəcək şirkətlərin siyahısının müəyyənləşdirilməsi bərpa işlərinə təsadüfi, qeyri-peşəkar şirkətlərin cəlb olunmasının qarşısını alacaq. Beləliklə, abidələrin bu istiqamətdə təcrübəli olan şirkətlər tərəfindən daha etibarlı və uyğun şəkildə bərpa olunması təmin ediləcək.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərində yaradılması nəzərdə tutulan "Naxçıvanın 7 incisi" turizm kompleksi, Ordubad rayonu əraizisindəki Xarabagilanın bərpası və Ordubadın tarixi abidələri ilə bağlı məsələlər müzakirə olunub.
Bu istiqamətdə işlərə tezliklə başlanılması, eyni zamanda, Naxçıvanın turizm potensialının dəyərləndirilməsi üçün birgə addımların atılması barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:16 / 08.12.2023
Naxçıvanda tarixi abidələrin bərpasına peşəkar şirkətlər cəlb olunacaq
Hazırda oxunan: Naxçıvanda tarixi abidələrin bərpasına peşəkar şirkətlər cəlb olunacaq
Hazırda oxunan: Naxçıvanda tarixi abidələrin bərpasına peşəkar şirkətlər cəlb olunacaq
168119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.