"Müraciət edən beynəlxalq qurumların nümayəndələrinə həmişə qapılarımız açıq olub".
Bizim.Media xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında MSK sədri Məzahir Pənahov bildirib.
O deyib ki, MSK müəyyən qərəzli münasibət görəndə onu da açıq şəkildə müzakirə edib:
“Yenə də beynəlxalq təşkilatlar hər hansı məsələni qaldırsa, bunu açıq şəkildə ictimaiyyətə çatdıracaq və müzakirələri də o cür, açıq aparacağıq. Mətbuatı da həmin proseslərdə iştiraka dəvət edəcəyik.
Burda yaradılan şəraitdən istifadə etməyərək kimdənsə soruşaraq bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bu yaradılan şəraitdən istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:02 / 08.12.2023
MSK sədri beynəlxalq təşkilatlara ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: MSK sədri beynəlxalq təşkilatlara ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: MSK sədri beynəlxalq təşkilatlara ÇAĞIRIŞ ETDİ
168108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.