9 dekabr 1991-ci ildə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edildi. Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi. Hazırda 60-dək dövləti birləşdirən təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb.
Bəs, dekabrın 9-da dünyada daha nələr olub?
1. 9 dekabr 1917-ci ildə Osmanlı ordusunun Fələstin cəbhəsindən geri çəkilməsindən sonra Qüds 400 il davam edən Osmanlı hakimiyyətindən çıxdı. 2 gün sonra general Allenby komandirliyindəki ingilis ordusu Yafa qapısından girərək şəhəri işğal etdi.
2. 9 dekabr 1946-cı ildə Nürnberg məhkəmələrinin ikinci mərhələsi start götürdü. “Həkimlərin məhkəmələri” adlanan ikinci mərhələ məhkəmədə insanlar üzərində sınaq aparan nasist elm adamları mühakimə edildi.
3. 9 dekabr 1950-ci ildə Amerikalı Harri Qold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edildi.
4. 9 dekabr 1985-ci ildə BMT-nin üzvü olan ölkələr yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul etdilər.
5. 9 dekabr 1987-ci ildə Fələstin torpaqlarında “İntifada”nın başlaması qarşısında İsrail ordusu Qəzza zolağındakı Cəbaliyə qaçqın düşərgəsinə hücum etdi. Hücum nəticəsində çox sayda fələstinli həyatını itirdi.
6. 9 dekabr 1990-cı ildə Həmrəylik Hərəkatının lideri Lex Valesa Polşada prezident seçkilərində qələbə qazandı.
7. 9 dekabr 1992-ci ildə İngiltərə vəliəhdi şahzadə Çarls və şahzadə Diananın ayrıldıqları Krallıq bəyannaməsinin Xalq Məclisində oxunması ilə ictimaiyyətə açıqlandı. 11 il evli qalan cütlük 1996-cı ildə rəsmi olaraq boşandı.
8. 9 dekabr 2002-ci ildə İndoneziya hökuməti ilə Acehdəki üsyançılar arasında 26 illik vətəndaş müharibəsini sona çatdıran sülh sazişi imzalandı.
9. 9 dekabr 2007-ci ildə Türkiyədə iqtisadiyyat sahəsində “usta” sayılan Prof. Dr. Səbahaddin Zaim 81 yaşında İstanbulda həyatını itirdi.
Dekabrın 9-da bu şəxsiyyətlər xatırlanır:
1. 9 dekabr 1048-cu ildə böyük türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni Əbu Reyhan Məhəmməd ibn Əhməd Xarəzmi (4.9.973 - 1048) vəfat edib.
2. 9 dekabr 1717-ci ildə Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (1717-1768) anadan olub.
3. 9 dekabr 1918-ci ildə yazıçı, ədəbiyyatşünas Cəlal Məmmədov (1918-1983) anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru işləyib.
4. 9 dekabr 1963-ci ildə rejissor, aktyor Lətif Səfərov (1920 - 9.12.1963) dünyasını dəyişib. “Sevil”, “Lətif” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub.
5. 9 dekabr 1973-cü ildə görkəmli aktyor Lütfəli Abdullayev (22.3.1914 - 1973) vəfat edib. Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Kinoda ilk işi 1945-ci ildə "Arşın mal alan" filmində Vəli rolu olub. "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
6. Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurov 9 dekabr 1991-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 09.12.2023
BİZİM TƏQVİM: 9 dekabrda baş vermis tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 9 dekabrda baş vermis tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 9 dekabrda baş vermis tarixi hadisələr
168107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.