Masazırda 44 yaşlı kişinin qətli ilə bağlı istintaq yekunlaşdı

Hazırda oxunan: Masazırda 44 yaşlı kişinin qətli ilə bağlı istintaq yekunlaşdı

168094

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Abşeron rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, avqustun 19-da Sumqayıt şəhər sakini, 1979-cu il təvvəllüdlü Ruslan Məmmədovun qəsdən öldürülməsi faktı üzrə Abşeron rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Stanislav Yakuşevin qeyd edilən tarixdə rayonun Masazır kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında istifadəsiz köşkdə Ruslan Məmmədovla spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nayihəsinə daşla vuraraq qəsdən öldürməsi, daha sonra sonuncunun üzərində olan mobil telefonu oğurlamasına əsaslı şübhələr müəyyən edilib.
Stanislav Yakuşevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 177.2.2 (təkrar oğurluq etmə) və digər maddələrilə maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin