Azərbaycandan olan 100 minə yaxın “Facebook” istifadəçisinin şəxsi məlumatları oğurlanaraq satışa çıxarıldı

Hazırda oxunan: Azərbaycandan olan 100 minə yaxın “Facebook” istifadəçisinin şəxsi məlumatları oğurlanaraq satışa çıxarıldı

16802

Hakerlərin “Facebook”dan platformanın qurucusu Mark Zukerberqin şəxsi məlumatlarını ələ keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

“Facebook”da şəxsi məlumatları oğurlanan 53 milyon istifadəçi ilə bərabər M. Zukerberqin də telefon nömrəsi xüsusi haker platformasında yer alıb.

 

MÖVZU İLƏ BAĞLI:

Xakerlər “Mircosoft”u ələ keçirdilər


“Twitter” istifadəçilərindən biri buna diqqət çəkib və telefon nömrəsinin fotosunu paylaşıb.

Qeyd edək ki, “Facebook”un 533 milyon istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb.

ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları da oğurlanıb. Şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir. 

Azərbaycandan olan 99 472 “Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb. Şəxsi məlumatlar arasında istifadəçilərin bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin