Gəncədə 38 yaşlı kişi naməlum şəraitdə  bıçaqlanıb. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində vaş verib. 
1985-ci il təvəllüdlü Səbuhi Abbasov bədənin kəsilmiş, deşilmiş yaraları  ilə xəstəxanaya yerləşdirilib. 
Zərərçəkən dərhal əməliyyata götürülüb. Hazırda onun  vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
































































































