Naxçıvanın Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin say həddi müəyyənləşib

Hazırda oxunan: Naxçıvanın Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin say həddi müəyyənləşib

167943

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 7-də Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il  3 noyabr tarixli 210-VI FR nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) işçilərinin say həddi cəmi 91 ştat vahidi olmaqla, Agentlik Aparatının işçilərinin say həddi 47, regional bölmələrinin işçilərinin say həddi 44  ştat vahidi müəyyən edilsin.
2. Agentliyin bu Fərmanın 1-ci hissəsinə əsasən, müəyyən edilmiş ştat vahidlərinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilsin:

2.1. Agentlik Aparatının 25 ştat vahidi və regional bölmələrin 22 ştat  vahidi – 2023-cü il noyabrın 7-dən;

2.2. Agentlik Aparatının 22 ştat vahidi və regional bölmələrin 22 ştat  vahidi – 2025-ci il yanvarın 1-dən.

3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin.

4.  Agentlik bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin