Yunanıstan Türkiyə ilə münasibətləri intensivləşdirməyə və onun Avropa İttifaqına (Aİ) daxil olmaq səylərini dəstəkləməyə qərar verib.
Bizim.Media xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
“Biz Türkiyəni Aİ-yə daxil olması prosesində dəstəkləyəcəyik. Biz artıq mehriban qonşuluğa dair bəyannamə imzalamışıq”, - o deyib.
Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının Egey dənizindəki 10 adaya 7 günlük vizasız gediş-gəlişi bərpa olunacaq: “İnanıram ki, gərgin münasibətlər sona çatıb. İki qonşu ölkə birlikdə hərəkət etməlidir. Biz gözəl gələcək yaratmalıyıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:56 / 07.12.2023
Yunanıstanın Baş naziri: "Aİ-yə üzvlük prosesində Türkiyəni dəstəkləyəcəyik”
Hazırda oxunan: Yunanıstanın Baş naziri: "Aİ-yə üzvlük prosesində Türkiyəni dəstəkləyəcəyik”
Hazırda oxunan: Yunanıstanın Baş naziri: "Aİ-yə üzvlük prosesində Türkiyəni dəstəkləyəcəyik”
167939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.