Dələduzların YENİ FIRILDAĞI – Bank hesablarını kibercinayətkarlardan necə QORUMALIYIQ?

Hazırda oxunan: Dələduzların YENİ FIRILDAĞI – Bank hesablarını kibercinayətkarlardan necə QORUMALIYIQ?

167904

Kibercinayətkarlıq yeni problem deyil, ancaq son dönəmlər daha çox aktuallaşıb. Saxtakarların metodları çoxaldıqca “torlarına düşən” vətəndaşların da sayı artır. Xüsusilə də, bank hesablarının dələduzluq yolu ilə ələ keçirilməsi hallarına daha çox rast gəlinir.

Bəs dələduzlardan, kibercinayətkarlardan necə qorunmalıyıq?

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.O, əvvəlcə dələduzların istifadə etdikləri metodlardan danışıb:

“Son dövrlər kibercinayətlərin sayı kəskin artıb. Bunun əsas səbəblərindən biri texnoloji cihazların aktullaşmasıdır. Artıq şəxsi məlumatlar daha əlçatan olub. Dələduzlar müxtəlif üsullardan istifadə edərək insanların şəxsi məlumatlarını oğurlayırlar.
Cinayətkarlar üçün ən yaxşı üsul bank kartını ələ keçirməkdir. Çünki bank kartları birbaşa pula əlçatanlığı təmin edir. Məşhur bankların adından zəng edərək yaşlı və ya bu sahədə anlayışı olmayan şəxslərin məlumatlarını ələ keçirənlər var. Bankların adından zəng edən şəxslərə şəxsi məlumatlar verilməməlidir.

Kibercinayətkarlıqla məşğul olan şəxslər vətəndaşlara bəzən xarici nömrələrdən zəng edirlər. Onları seçmək daha asan olur. Amma yerli nömrələrdən də zəng edilə bilər. Bu baxımdan daha diqqətli olmaq lazımdır. Çünki həmin nömrələr istifadədən sonra kənara atılır”.

“Maarifləndirici tədbirlər artırılmalıdır”

Ekspert əlavə edib ki, dələduzlar bəzən zəng etdiyi vətəndaşın bəzi məlumatlarını özlərinə deyərək inamını qazanmağa çalışırlar:

“Əvvəlcə tanınmış bankların adı çəkilir, çünki istifadəçiləri çox olur. Vətəndaş adı hallanan bank hesabının olduğunu dedikdə dələduz “sizin bankınızdan xaricə filan məbləğ köçürülüb” kimi cümlələr işlədir. Sonra dələduz əlavə edir ki, “biz onu bloklamışıq. Ancaq sizin köməyiniz lazımdır ki, təsdiq edəsiniz”.
Təşvişə düşən vətəndaş “bank əməkdaşı”nın ona yaxşılıq etdiyini düşünür. Adətən bank kartlarının ilk 8 rəqəmi eyni olur. Kibercinayətkar həmin 8 rəqəmi sadaladıqda daha az anlayışı olan vətəndaş həmin şəxsin bank əməkdaşı olduğuna daha çox inanır. Vətəndaş maliyyə itkisi qorxusundan dələduza bank kartının qalan məlumatlarını da təqdim edir. Bunlar bəs edir ki, dələduz şəxsin vəsaitini mənimsəsin. Buna görə də maksimum ayıq olmaq lazımdır. Sözügedən problemlə bağlı maarifləndirici tədbirlərin, məlumatların sayı çoxalmalıdır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin