Bu gün səhər 8.15 radələrində Bakıda hiss olunan zəlzələ respublka Seysmoloji Xidmət Mərkəzinin şimal bölgəsindəki stansiyalarında hiss olunubmu?
Mövzu ilə bağlı Bizim.Media-nın əməkdaşı Xızı rayonunun Altıağac qəsəbəsindəki Seysmoloji stansiyasının rəhbəri ilə əlaqə saxlayıb.
Ramiz Talıbov stansiyanın yerləşdiyi Altıağac qəsəbəsində də yerli sakinlərin 5 bala yaxın yeraltı təkan hiss etdiklərini deyərək bildirib ki, zəlzələni biz qeydə almırıq:
"Bizim işimiz buradakı seysmoloji aparatları saz vəziyyətdə saxlamaqdır. Stansiyamızdakı aparatlar saz olmalıdır ki, yerdəki zəlzələni mərkəzə ötürə bilsin. Biz aparatlara ciddi nəzarət edirik. Zəlzələnin neçə bal olması mərkəzdə ölçülür".
Qeyd edək ki, respublika Seysmoloni Xidmət Mərkəzinin bölgələrdə 38 stansiyası fəaliyyət göstərir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:51 / 07.12.2023
Altıağac qəsəbəsindəki Seysmoloji stansiyadan rəsmi AÇIQLAMA
Hazırda oxunan: Altıağac qəsəbəsindəki Seysmoloji stansiyadan rəsmi AÇIQLAMA
Hazırda oxunan: Altıağac qəsəbəsindəki Seysmoloji stansiyadan rəsmi AÇIQLAMA
167886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.