Şuşada minaya düşən şəxsin ayağı amputasiya olunub - YENİLƏNİB 

Hazırda oxunan: Şuşada minaya düşən şəxsin ayağı amputasiya olunub - YENİLƏNİB 

167873

Şuşa rayonu ərazisində şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində yerləşən “Tar” fabrikində “Azərenerji” ASC-nin əməkdaşı 1987-ci il təvəllüdlü Ramin Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır. 

*** 12:04

Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib. 

Araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin