Şahdağa qar yağıb - FAKTİKİ HAVA 

Hazırda oxunan: Şahdağa qar yağıb - FAKTİKİ HAVA 

167853

 Dekabrın 7-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Şahdağda qar örtüyünün hündürlüyü 3 sm olub. 

Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Qobustanda 12 mm, Mingəçevir, Sabirabad, Ordubad, Neftçala, Yevlax, Şamaxı, Göyçay, Beyləqan, Kürdəmir, Biləsuvar, Şabran, Bərdə, Naxçıvan, Şərur, Şahbuz, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Ağdam, Balakən, Oğuz, Şəki, Qax, İsmayıllı, Altıağac, Ağsu, Quba, Qusar, Xaltan, Gəncə, Şəmkir, Ceyrançöl, Şahdağ, Tərtər, Zərdab, İmişli, Daşkəsən, Goranboy, Yardımlıda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub. 

Sumqayıt, Qobustan, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Xaltan, Qusar, Göyçay, Biləsuvar, Yardımlı, Lerikdə duman müşahidə olunub. 
Qərb küləyi arabir Daşkəsəndə 20 m/s, Altıağacda 17 m/s-dək güclənib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin