Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub.
Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub. Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər.
Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir. Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:58 / 07.12.2023
Zəlzələyə görə Bakı məktəblərində tədris dayanıb? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Zəlzələyə görə Bakı məktəblərində tədris dayanıb? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Zəlzələyə görə Bakı məktəblərində tədris dayanıb? – RƏSMİ AÇIQLAMA
167842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.