Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub.
“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - məlumatda vurğulanıb.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2023/12/07/1701925669_fhn.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:06 / 07.12.2023
Zəlzələ nəticəsində dağıntı olub? – FHN-dən AÇIQLAMA
Hazırda oxunan: Zəlzələ nəticəsində dağıntı olub? – FHN-dən AÇIQLAMA
Hazırda oxunan: Zəlzələ nəticəsində dağıntı olub? – FHN-dən AÇIQLAMA
167829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.