Daxili işlər orqanlarında xidmət keçmək istəməyən bakalavrlar təhsil xərclərinin əvəzini ödəyəcək

Hazırda oxunan: Daxili işlər orqanlarında xidmət keçmək istəməyən bakalavrlar təhsil xərclərinin əvəzini ödəyəcək

167786

“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, dəyişikliklə bağlı qərarı Prezident İlham Əliyev təsdiqləyib.

Dəyişikliyə əsasən, xüsusi təyinatlı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslərlə daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə bağlanacaq.

Bu müqavilədə şəxslərin təhsilini başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi nəzərdə tutulacaq.

Təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi müəyyənləşəcək.

Qeyd olunan müqavilənin forması və çəkilmiş xərclərin hesablanma qaydası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən müəyyən ediləcək.
Daxili İşlər Nazirliyi xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin