Biləsuvar rayonunda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər nəticəsində rayon ərazisində 5 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkarlanıb.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində keçirilən tədbirlər nəticəsində daha 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:08 / 06.12.2023
Biləsuvarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar barəsində tədbir görüldü
Hazırda oxunan: Biləsuvarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar barəsində tədbir görüldü
Hazırda oxunan: Biləsuvarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar barəsində tədbir görüldü
167771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.