“AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın peşə fəaliyyətini yerinə yetirən zaman heç bir hüquqi əsas olmadan saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılması Fransanın söz və fikir azadlığına, jurnalistin informasiya əldə etmək hüququna göstərdiyi açıq hörmətsizlikdir. Bu hadisə bir daha sübut edir ki, söz və ifadə azadlığı, demokratiya kimi dəyərlərə bürünmək Fransa üçün imitasiyadan başqa bir şey deyil və digər ölkələrə təzyiq vasitəsidir”.
Bizim.Media xəbər verir ki, bu sözləri ”editor.az” İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, bir neçə ildir Makronun yarıtmaz siyasəti səbəbindən ciddi siyasi və iqtisadi böhran keçirən Fransa kiçik bir insidentdə demokratiyaya olan əsl münasibətini ortaya qoydu:
“Azərbaycanlı jurnalistə qarşı törədilən vəhşilik və hüquqsuzluq Makronun diktator və müstəmləkəçi mahiyyətini ortaya qoyur. Bu hadisə demokratiyanın bütün təməl dəyərlərinə açıq hörmətsizlikdir. Bu Fransada müstəqil mətbuata qarşı olan ilk hücum deyil. Bu ilin sentyabrında da rus media nümayəndələrinin Makronun mətbuat konfransında iştirakı əngəllənmişdi. Bu o deməkdir ki, Fransanın müstəmləkəçi siyasətini dəstəkləməyən bütün jurnalistlər bu ölkənin düşmənidir”.
Fərid Şahbazlının sözlərinə görə, Azərbaycan və Prezident İlham Əliyevin xarici media nümayəndələri ilə davranışları bu xüsusda özünü demokrat adlandıran bütün Qərb liderlərinə örnək olmalıdır:
“44 günlük Vətən Müharibəsi dövründə gərgin şəraitdə başda Fransa olmaqla, bir sıra Qərb mediası tərəfindən Prezident İlham Əliyevə qərəzli, obyektivlikdən kənar və jurnalist etikasına sığmayan suallar ünvanlanırdı. Dövlət başçısı bütün bu qərəzli suallara yüksək səbr, peşəkarlıqla və tarixi faktlara əsaslanaraq cavablar verdi”.
Baş redaktor qeyd edib ki, Azərbaycanda baş verən hər xırda hadisədən faciə düzəldən, ard-arda bəyanatlar verən beynəlxalq hüquq müdafiə təşkilatlarının Fransanın jurnalistə qarşı hüquqsuz davranışı ilə bağlı susqunluğu təəssüf və ikrah doğurur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:54 / 06.12.2023
Baş redaktor: “Beynəlxalq hüquq müdafiə təşkilatlarının Fransa ilə bağlı susması ikrah doğurur”
Hazırda oxunan: Baş redaktor: “Beynəlxalq hüquq müdafiə təşkilatlarının Fransa ilə bağlı susması ikrah doğurur”
Hazırda oxunan: Baş redaktor: “Beynəlxalq hüquq müdafiə təşkilatlarının Fransa ilə bağlı susması ikrah doğurur”
167770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.