“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. On uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir. 
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
 
MÖVZU İLƏ BAĞLI:
Bakıda sığınacaqda 40 uşaq qızılcaya YOLUXUB
Qeyd olunub ki, hazırda müalicə alan uşaqların vəziyyəti stabildir. 
Bizim.Media
 






























































































