Qusarda qızılcaya yoluxan şagirdlərin sayı 23-ə ÇATDI 

Hazırda oxunan: Qusarda qızılcaya yoluxan şagirdlərin sayı 23-ə ÇATDI 

167706

Qusarda məktəblilər arasında qızılca xəstəliyi getdikcə daha geniş yayılır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin Qusar sektorunun müdiri Nairə Klıçova qızılcaya yoluxan şagirdlərin sayının 23-ə çatdığını deyib. 

Ötən gün Qusar şəhərindəki 3 və 4 saylı, Avaranqışlaq və Yasaboba kənd məktəblərində ümumilikdə 6 yoluxma faktı qeydə alınıb. 

Qusar Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Pərviz Məhsimov da bu faktı təsdiqləyib. Onun sözlərinə görə, yoluxanlardan biri böyük yaş qrupuna daxildir. 

Xaçmazda da uşaqlar arasında yoluxucu xəstəliklər geniş yayılıb. Rayonda yoluxmanın sayı ilə sorğu ünvanladığımız Xaçmaz təhsil sektorunun müdiri İnqilab Musayev hazırda Xaçmazda 200 nəfər şagirdin müxtəlif yoluxucu xəstəlikdən ev şəraitində müalicə olunduğunu deyib. Rayonda 31000 şagird arasında 200 şagirdin yoluxmasını normal sayan İnqilab Musayev burada təəccüblü heç nə görmədiyini deyib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından isə ötən gün 8 nəfərin qızılcaya yoluxduğu bildirilib: 

“Onlardan 3-ü məktəbli, 4-ü körpə, biri isə böyük yaşlıdır. Tibb müəssisəsinə müraciət edən hər bir yoluxan şəxs dərhal ambulator və ya stasionar müalicəyə cəlb olunur” - deyə xəstəxanadan bildirilib. Rayonda qızılcaya ümumilikdə 21 nəfərin yoluxduğu deyilir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin