24 yaşlı gəncin əməliyyatdan sonra ölməsi həkim məsuliyyətsizliyindən qaynaqlanmayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-a Azərbaycan Televiziyasının (AzTV) mətbuat katibi Rüfət Seyidov məlumat verib.
O, qeyd edib ki, AzTV-nin vəfat edən əməkdaşının ailəsi hadisədə həkim səhvinin olmadığını bildirib:
“Ailədən aldığımız məlumata görə, sürücümüz Vüqar Rəsulov dekabrın 1-də özəl xəstəxanalardan birində mədəkiçiltmə əməliyyatı olunub. Əməliyyat uğurlu keçib, xəstə evə buraxılıb.
Ailəsinin bildirdiyinə görə, evə gələndən sonra Vüqar çox susadığını deyib, su istəyib. Həkim suyu çox az və damcı-damcı içməyi tapşırsa da, Vüqar buna əməl etmədən birdən-birə xeyli su qəbul edib.
Bundan sonra sürətlə halının pisləşdiyini müşahidə ediblər. Gənc oğlan atasına onu çox istədiyini deyib və qucaqlayıb. Ailəsi vəziyyətinin çox pis olduğunu görərək, dərhal təcili yardım çağırsa da, Vüqar xəstəxanaya aparılarkən, yolda keçinib.
Hazırda əməkdaşlarımız Şəkidə dəfn mərasiminə qatılıblar. Gənc əməkdaşımızın vəfatına çox təəssüflənirik, ailəsinə başsağlığı və səbir diləyirik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 06.12.2023
AzTV-nin əməkdaşı həkim məsuliyyətsizliyinin qurbanı olub? - AÇIQLAMA
Hazırda oxunan: AzTV-nin əməkdaşı həkim məsuliyyətsizliyinin qurbanı olub? - AÇIQLAMA
Hazırda oxunan: AzTV-nin əməkdaşı həkim məsuliyyətsizliyinin qurbanı olub? - AÇIQLAMA
167701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.