"Səməd Vurğun küçəsinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində ikitərəfli hərəkət təşkil edilib. Geriyədönmə yerinin ölçülərini dəyişməklə Füzuli küçəsində yalnız sola hərəkətə icazə verən zolaqda düzünə və sola hərəkət təmin edilib".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
AYNA-nın məlumatına görə, artıq piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə panduslar inşa olunub, ərazidə müvafiq nişanlar quraşdırılıb və nişanlanma xətləri çəkilib.
Qeyd edək ki, infrastruktur layihəsi nəticəsində Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyətinin 30%-ə qədər artacağı gözlənilir.
Bizim.Media