Lənkəran-Astara zonasında intensiv yağış yağıb - FAKTİKİ HAVA 

Hazırda oxunan: Lənkəran-Astara zonasında intensiv yağış yağıb - FAKTİKİ HAVA 

167651

Dekabrın 6-sı saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi gecə saatlarından 8-13 m/s-dək zəifləyib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dekabrın 5-də günün ikinci yarısından bəzi yerlərdə arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv olub. 

Düşən yağıntının miqdarı Lənkəranda 20 mm, Astarada 10 mm, Quba, Biləsuvar, Zaqatala, Balakən, Göygöl, Cəfərxan, Beyləqan, Şabran, Qobustan, Xaltan, Qusar, Tərtər, Neftçala, Sabirabad, İmişli, Xaçmaz, Yardımlı, Göytəpə, Ağdam, Naftalanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin