Dövlət Gömrük Komitəsinin rəisi həbs olundu – Rüşvət QALMAQALI 

Hazırda oxunan: Dövlət Gömrük Komitəsinin rəisi həbs olundu – Rüşvət QALMAQALI 

16760

Dövlət Gömrük Komitsinin şöbə rəisi iş başında yaxalanıb. Belə ki, Komitənin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışmış Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İTV-nin “Qanundan kənar” verilişində bildirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Gömrük Komitəsindən daşıyıcı şirkətlərə ETİRAZ – “Bağlamaları gecikdirirlər”


Qeyd olunub ki, C.Babayev daşıma fəaliyyəti ilə məşğul olan MMC-lərə məxsus məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu alarkən iş başında yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılaraq, C.Babayevə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o, həmçinin 2 müddətinə dövlət və yerli özünəidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin