Nazim Bayram”¦. bu ada mətbuatda və sosial şəbəkələrdə rast gəldim. xa0Qarabağ savaşı tarixinə xa0fərqli , qərəzsiz və obyektiv xa0 münasibəti məndə xa0maraq oyatdı. Araşdırdım, öyrəndim və aprel döyüşləri ərəfəsində xa0tanış oldum.xa0
xa0
Qarabağ savaşı başlayana kimi Rusiyada yaşayan , orada həyatını qurmuş bir gənc... Vətənin dar günündə, xa0“hərbi məktəbi nə üçün oxumusan?”x9d deyən qəhrəman bir Ananın çağrışı ilə Vətənə dönən və xa0Ana xeyir ”“duası ilə Vətənin- xa0Qarabağın müdafiəsinə yollanan iki qardaşdan biri! xa0Qardaşının Daşaltı əməliyyatında Şəhid olması onun düşmənə xa0nifrətini birə beş artırmaqla yanaşı, doğma Qarabağın azadlığı uğrunda əzmini daha da gücləndirdi. O, müxtəlif istiqamətlərdə , əsasən də Ağdərə xa0uğrunda döyüşlərin ən xa0qızğın yerində və önündə mərdliklə döyüşdü, xa0əməliyyatlara rəhbərlik xa0etdi. Sonra həyat xa0onu sınağa çəkdi, çox keşməkeşli bir ömür yaşadı, lakin xa0çəkdiyi xa0əzab- əziyyətlər onun ruhunu sarsıda xa0bilmədi. Qarabağa sevgisi, Vətənə məhəbbəti, Dövlətimizə xa0sədaqəti, düşmənə nifrəti bir an da olsun xa0zəifləmədi! O, bu gün xa0Vətəninə, Millətinə, Dövlətinə xa0olan xa0bağlılığını, sadiqliyini xa0 üzərinə düşən işin öhdəsindən layiqincə gəlməklə sübut edir, Qarabağ müharibəsi həqiqətlərinin gənclərimizə çatdırılması xa0üçün dayanmadan çalışır, hər zaman, xüsusilə aprel döyüşləri ərəfəsində Haqq işimizə, Dövlətimizə və Ordumuza xa0 yönələn çirkin informasiya müharibəsinə qarşı mübarizənin önündədir. İlk imkan düşən kimi veteran və qazilərimizlə birlikdə cəbhə xəttinə yollandı, qələbə sevincini yaşayan və yaşadan xa0əskərlərimizlə, zabitlərimizlə bir yerdə oldu, uzun illər həsrətində olduğu doğma T-72 nin xa0sükanı arxasına əyləşdi.
Nazim Bayram üçün Vətən müharibəsi,Vətən uğrunda müharibə heç zaman xa0bitməyib, davam edir. Onun müharibəsi bayrağımız Şuşada dalğalananda bitəcək. Qarabağ uğrunda düşünmədən canını fəda etməyə hazır olan bu Vətən fədaisi müharibəsini bitirmək üçün hər an Ali Baş Komandanın döyüş əmrini gözləyənlərin ön sırasındadır.
Doğum günün mübarək Nazim Bayram!
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Akif Həsənov,
Qarabağ müharibəsi veteranı,
Beyləqan xa0batalyonunun sabiq komandiri xa0xa0




































































































