“İcbari tibbi sığorta həkimlərin və digər tibb işçilərinin bütün zəruri təlabatını təmin etməlidir! Əks halda savadlı və ağıllı həkimlər özəl sektora və xarici ölkələrə gedəcək. Necə ki, gedir...”
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev “Facebook” hesabında bildirib. O, qeyd edib ki, ağıllı baş hər zaman çıxış yolu tapır:
MÖVZU İLƏ BAĞLI:
Həkimdən xəbərdarlıq: Yuxusuzluq ölümə səbəb ola bilər
“Gözəl güllər münbit şəraitdə açılır və keyfiyyətli meyvə verən ağaclar münbit şəraitdə yetişir. İcbari tibbi sığorta, eləcə də Səhiyyə idarəçiləri həkimləri və digər tibb işçilərini normal maaşla, mənzillə, bir sözlə həyat üçün zəruri vasitələrlə təmin etməlidir.
Belə olarsa, həkim və digər tibb işçiləri xəstələrə pul gözü ilə baxmaz, işinə yaradıcı yanaşsr. Əks halda bu sistem işləməyəcək! Göstərgəlikdən, plan doldurmaq və ucuz reklam düşüncəsindən çıxmalıyıq!”, deyə həkim əlavə edib.
Xatırladaq ki, aprelin 1-dən bütün ölkədə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanıb. Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.
Bizim.Media