Telman Qasımovun İrəvan səfərinin DETALLARI AÇIQLANDI: "Ermənilərdə heç bir şübhə doğurmadım"

Hazırda oxunan: Telman Qasımovun İrəvan səfərinin DETALLARI AÇIQLANDI: "Ermənilərdə heç bir şübhə doğurmadım"

167555

Xəbər verdiyimiz kimi, tanınmış hərbi ekspert Telman Qasımov gizli şəkildə İrəvanda olub, öz evlərini görüb və geri qayıdıb. 

Bizim.Media xəbər verir ki, səfərlə bağlı bəzi məqamları o, minval.az-la bölüşüb.

“Bu, rəsmi səfər deyildi. Mən ora tək getdim. Oraya hansı formatda və hansı məqsədlə getdiyimi deyə bilmərəm. Amma mən İrəvanda, doğulduğum və 17 il yaşadığım məhəlləmdə olmuşam. Videoda evimin girişinə necə girdiyim, yuxarı mərtəbəyə qalxdığım, qapımı gördüyüm, qonşularımın adlarını çəkdiyim göstərilir.
Yəni o qədər həyəcanlı idim ki, bu hissləri yaşamaq mənim üçün çox çətin idi, çünki qapıya çatdım, amma içəri girə bilmədim. Çox çətindir. 35 ildən sonra orda oldum. Deyə bilərik ki, sırf simvolik olaraq, sülh müqaviləsi imzalanandan sonra Qərbi Azərbaycana qayıtmaq proqramımızın həyata keçirilməsində ilk işarə mən oldum. Vətənimə qayıtdım. Elə məqamlar var ki, başa düşdüyünüz kimi, danışa bilmərəm”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, onun gəlişindən yerli sakinlərdən heç birinin xəbəri olmayıb. 

“Bununla mən Ermənistan hökumətinə bir daha sübut etdim ki, onun sərhədləri çox zəif qorunur və təhlükəsizlik xidmətinin effektivliyi sıfıra bərabərdir. Yəni mən göstərdim ki, dövlət olaraq Ermənistan yoxdur. Mən gedib qayıtmışamsa, azərbaycanlıların oraya qayıtması zaman məsələsidir”, deyə o, əlavə edib.

Maraqlıdır ki, Telman Qasımov bütün keçid məntəqələrindən yan keçərək heç bir pasportsuz Ermənistana gedib.

“Erməni dilini mükəmməl bildiyim üçün ermənilərdə heç bir şübhə doğurmadım. Üstəlik, görkəmimi dəyişdim ki, məni tanımasınlar. Axı onlar məni tanıya bilərdilər”, - deyə Qasımov bildirib.

Azərbaycanlıların Qərbi Azərbaycana qayıtması ilə bağlı isə ekspert deyib ki, qarşımızda belə bir vəzifə durur:

"Bunu etmək üçün bizim bütün hüquqlarımız var və bu, beynəlxalq hüquqa uyğundur. Ermənistandan deportasiya edilmiş şəxslərin və onların övladlarının öz vətənlərinə qayıtmaq hüququ var".

“Hazırda Bakıda beynəlxalq konfrans keçirilir, Qərbi Azərbaycana qayıtmağın təhlükəsizliyi müzakirə olunur. Burada müxtəlif ölkələrin nümayəndələri, ekspertlər çıxış edirlər. Mən də buradayam. Planlarımız gerçəkləşməlidir”, - deyə o, qeyd edib.

Telman Qasımov İrəvanda olarkən müşahidələr də aparıb:

"Buradakı vəziyyət Azərbaycanda 90-cı illərin əvvəllərini xatırladır. Təbii ki, burada varlılar var, yaxşı restoranlarda yemək yeyirlər, bahalı avtomobillər sürürlər. Bu, alaqaranlıqda xüsusilə nəzərə çarpır. Amma ümumilikdə çox acınacaqlı vəziyyət var. Ermənilər müharibədən sonra şokdadırlar. Təsəvvür edin ki, hələ də Qarabağdan köçkün düşənlərin heç də hamısı yerləşdirilməyib, mənzillə təmin olunmayıb. Onların bir çoxu hələ də maşınlarında yatır. Bu insanlar küçələrdə veyllənirlər. Onları hər yerdə gördüm. Mən orada olduğum müddətdə elektrik iki dəfə kəsildi”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin