Səfər Mehdiyevin qohumu da işindən çıxarıldı - FOTO

Hazırda oxunan: Səfər Mehdiyevin qohumu da işindən çıxarıldı - FOTO

167546

Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi vəzifəsindən azad edilib. 

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmr ilə polkovnik (gömrük attaşesi) Əliqulu Cəfərov tutduğu vəzifədən azad olunub. 

Əliqulu Cəfərov öz istəyi ilə təqaüdə göndərilib. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən olan Əliqulu Cəfərovun Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Səfər Mehdiyevin yaxın qohumu olduğu deyilir. O, uzun müddət DGK-nin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsini tutub.
Səfər Mehdiyevin 2020-ci ildə müvafiq əmri ilə Türkiyədəki səfirliyimizə gömrük attaşesi təyin edilmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin