Sahibkarlarla bağlı dəyişiklik QƏBUL EDİLDİ 

Hazırda oxunan: Sahibkarlarla bağlı dəyişiklik QƏBUL EDİLDİ 

167502

Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

Bizim.Media xəbər verir ki, qanun layihəsinə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsinin artırılması, aksiz vergisindən azad edilən məhsulların siyahısının genişləndirilməsi, motosikletlərə aksiz vergisinin müəyyənləşdirilməsi, mikro sahibkarlara vergi güzəştinin şərtlərinin dəyişdirilməsi, kiçik sahibkarlığa keçidin stimullaşdırılması, mikro sahibkarların sosial sığorta haqlarının 25 faizinin ödəyəcəkləri vergidən çıxılması, tibb müəssisələri, özəl tibbi praktika ilə məşğul olan şəxslər, tədris bazası kimi fəaliyyət göstərən xəstəxanalar və film istehsalı ilə bağlı vergi güzəştinin müəyyənləşdirilməsi və s. təklif olunur. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda təsdiqlənib.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin