Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.6, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə normadan yüksək müəyyən edilib.
"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır", - məlumatda vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:24 / 04.12.2023
Bakı və Sumqayıtda havada dəm qazı normadan artıq olub
Hazırda oxunan: Bakı və Sumqayıtda havada dəm qazı normadan artıq olub
Hazırda oxunan: Bakı və Sumqayıtda havada dəm qazı normadan artıq olub
167448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.