Bizim.Media dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Rəvan və xoş gündür. Aramla çalışın, hadisələrə süni təkan verərək olayları məcradan çıxarmayın. Harasa gecikməkdən, nəyisə edə bilməməkdən çəkinməyin.
Bir sıra xoş işlər təsadüfən baş verəcək. Yaşananları vaxtında sezin və diqqətli olun.
Maraqlı görüşlər ola bilər. Onlardan biri həyatınıza ciddi təsir edəcək.
Dəvət aldığnız tədbirə və ya məclisə qatılın.
Uzaqdan gəlmiş insanlarla təmaslar üçün pis gün deyil.
Buğa - Gün qarşınızda yeni və maraqlı imkanlar yaradır. Həmin imkanlardan yararlanmağa çalışın. Bunun üçün qətiyyətli və iradəli olmalısınız. Yeni işə və ya layihəyə başlamaq olar. Uğur sizin olacaq. Yaradıcılıq potensialının səviyyəsi yüksək olduğundan yaxşı ideyalar yaranır.
Maliyyə fonu əlverişlidir. Günün ikinci yarısında alış-veriş etmək olar. Yaşam potensialı səviyyəsi normaldır. Səhiyyə ilə bağlı problemlər yaranmayacaq.
Axşam saatları gəzinti, dostlarla görüş, romantik təmaslar üçün əlverişlidir.
Əkizlər - İstənilən formada yaradıcılıq fəaliyyəti, yeni layihə və ya işə başlamaq üçün əlverişli zamandır. Nikbin olun, aktiv çalışın. Heç bir real səbəb olmasa da, sevdiklərinizə sayğı bəsləyin. Qəmli olanın könlünü alın, ümidini itirmiş insanı ruhlandırın.
Başqalarının işləri ilə o qədər çox məşğul olursunuz ki, öz problemlərinizi həll etməyə nə vaxtınız, nə də qüvvəniz qalır. Narahat olmayın, sevdiyiniz insanların sevincini öz səadətiniz bilin.
Xərçəng - Günün axarı yaxın ətrafınızdakı insanlarla bağlı tutduğunuz mövqeyinizdən asılıdır.
Eqoizm və təşəxxüs yolverilməzdir. Ünsiyyətdə təkəbbürlü olmayın, ətrafınızdakı insanlara yuxarıdan aşağı baxmayın, başqalarının problemlərini birmənalı şəkildə rədd etməyin.
Taleyin sizi görüşdürəcəyi insanlardan biri yaşamınızda mühüm rol oynaya bilər. Ünsiyyətdə olduğunuz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Kimsənin ehtiyac duymadığı təqdirdə fikrinizi bərkdən bəyan etməyin. Sərt danışaraq münaqişəni qaçılmaz etməyin.
İşdə rəşbərlik və nüfuzlu insanlarla qarşıdurma riski böyük olduğundan məntiqli, soyuqqanlı davranın.
Şir - Səhər saatlarından etibarıən aktiv və nikbin olun. Gün pozitiv emosiyalar vəd edir.
Çətinliklər qarşısında geri çəkilməyin, pozitiv olun. Bədbin fikirlər sizi çulğamasın. Xəyallarınızı gerçək saymayın. Yaşanan kiçik sevinclərdən ruhlanmağa güc tapın.
Sevdiyiniz insanla təmaslarda həssas olun.
Yaxşı tanımadığınız, bələd olmadığınız, amma romantik məkanlarda dolaşmaq üçün pis vaxt deyil. Axşam saatları maraqlı tanışlıq vəd edir.
Qız - Maliyyə çətinlikləri ola bilər. Onlar ilk əvvəl kiçik olsalar da, sonradan ciddiləşə bilərlər. Bu və digər xərcin sizə nə qədər gərəkli olduğunu düşünmədən məsrəflərə yol verməyin. Uzun müddətdən bəri işgüzar münasibətlərinizin olduğu insanlardan biri ilə təmaslarda problemlər yarana bilər.
Yaxınlarınız və ailə üzvləriniz sizi həmişə anlamırlar. Onlar narazılıqlarını bəzən çox sərt formada izhar edirlər. Güzəştlərə və kompromislərə hazır olduğunuzu göstərin. Bu, ünsiyyətlərdəki kəskin məqamları yumşaltmağa imkan verəcək.
Axşam saatlarında aktiv istirahəti seçin, gəzintiyə çıxın.
Tərəzi - Bu gün formalaşacaq işlərin öhdəsindən gəlin. İstənilən çətinlikdə işin öhdəsindən gələ bilərsiniz.
Uğursuzluqdan qorxmayaraq müşkül problemlərin həllinə başlayın. İdeyalarınız pis deyil və ətrafınızdakı insanlar da onları bəyənəcəklər. Yeni investor, nüfuzlu himayədar tapmaq şansları var.
Qeyri-formal şəraitdə ünsiyyət üçün pis gün deyil. İndiyədək sırf işgüzar məcrada inkişaf edən münasibətlər romantik təmaslara və ya dostluğa çevrilə bilər.
Sənədlərlə çalışmaq hesabladığınızdan artıq vaxt apara bilər.
Əqrəb - Yaxın ətrafınızdakı insanların həll edə bilmədiyi problemləri çətinliklə də olsa, çözə biləcəksiniz. Karyera müstəvisində irəliləmək, qarşınızda yeni üfüqlər açacaq işgüzar təklif almaq şanslarınız var.
Uğurlarınız diqqətsiz qalmayacaq. Paxıllar fəallaşır.
Yaşamın bir çox sahələrində təşəbbüs üçün yaxşı gündür. İdeyalarınızı cəsarətlə müzakirəyə çıxarın. Fikir və mövqelərinə dəyər verdiyiniz insanlarla söhbətlərdə gələcəklə bağlı planları təhlil etmək olar.
Sevdiyiniz insanla münasibətlərdə yeni mərhələyə başlayın. Axşam saatlarında normal istirahət edin.
Oxatan - Yaradıcı yanaşma və yüksək zövq tələb edən işlər üçün əlverişli gündür. Tam fəaliyyət müstəqilliyinə nail olsanız, işlərinizin nəticəsi əla alınacaq. Başqalarının fikir və məsləhətlərinin yerinə öz intuisiyanıza daha çox güvənin.
Şəxsi problemlərinizin həllində praqmat olun. Hissiyatınız "korş" qalmasın. Çoxdan bəri davam edən ixtilaflara son qoymaqla yanaşı, yeni problemlərin yaranmasının qarşısını ala bilərsiniz. Bir şərtlə ki, özünüzlə və yaxın bildiyiniz insanla tam səmimi olasınız.
Oğlaq - Peşə fəaliyyəti sahəsində irəliləyiş və uğurlara nail ola bilərsiniz. Mürəkkəb, sizi yetərincə usandırmış layihədə uğur qazanaraq yaxşı nəticəyə nail olacaqsınız. Yeni işlərə və ya layihələrə başlamaq olar. Maraqlı insanla görüş baş tutacaq. O insanda sizə rəğbət oyanacaq.
Yaxınlarınızla müəyyən fikir ayrılıqlarına rəğmən soyuqqanlı və təmkinli olun. Belə davranış sayəsində kompromis həll variantını tapa bilərsiniz. Yola çıxmaq olar. Səfər uğurlu alınacaq.
Köhnə dostlardan birindən qiymətli hədiyyə, xoş sürpriz ala bilərsiniz.
Dolça - Gün rəvan deyil və emosional fon da stabilliyi ilə fərqlənmir. Bu səbəbdən adi günlərdən fərqli olaraq əhvalınız daha tez-tez dəyişəcək. Ruh yüksəkliyi və nikbinlik zamanları tam pərişanlıq, çaşqınlıq dövrləri ilə əvəzlənə bilər. Narahat olmayın. Yanınızdakı insanlardan biri sizə mənəvi dəstək verməklə yanaşı, praktiki yardımlar da edəcək.
Nəzərdə tutulmamış səfər və ya səyahət ola bilər. Maraqlı görüş, yeni tanışlıq istisna deyil. Uzunmüddətli perspektivə hesablanmış planlar qurmayın. Yeni məlumat nəticəsində həmin planlara dəyişikliklər etməli olacaqsınız.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - Peşəkar fəaliyyət müstəvisində qarşınızda çox yaxşı perspektivlər yaranıb. Sizə və tərəfdaşınıza faydalı olacaq yeni əməkdaşlığa başlaya bilərsiniz. İşgüzar münasibətlər yetərincə dinamik inkişaf edir. Yeni müttəfiqə inana bilərsiniz. İllüziyalar aləminə qapılmayın.
Praqmatik olun, praktik işlər görün.
Elektrik alətləri və alovla ehtiyatlı olun. Kiçik travmalar istisna deyil. Günün emosional fonu əlverişlidir.
Axşam saatlarında əhvalınız yaxşı olmaqla yanaşı, yaxınlarınızı sevindirə bilərsiniz.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:50 / 04.04.2021
Bürclər bu günə nə vəd edir?
Hazırda oxunan: Bürclər bu günə nə vəd edir?
Hazırda oxunan: Bürclər bu günə nə vəd edir?
16739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.