“Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan və ölkəyə geri qayıda bilməyən, Elgölü parkında çadırda qalan ailə ilə Baş konsulluğumuz təmasdadır”.
Bizim.Media xəbər verir ki, bunu “apa.az”a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, sözügedən ailənin Azərbaycan Respublikasına quru yolu ilə girişinə müvafiq icazə verilsə də, onlar hələ müalicənin davam etdiyini bildiriblər.
Qeyd edək ki, bir sıra “Telegram” kanallarında Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan ailənin ölkəyə geri qayıda bilməməsi və Elgölü parkında çadırda qalması ilə bağlı xəbərlər yayılıb. Xəbərin yayılmasından sonra təbrizlilər ailəyə yardım etmək üçün Elgölü parkına gediblər.
Ailənin yanına gedən təbrizlilərin sözlərinə görə, hadisə şişirdilib, tələsik yayılan məlumat sonradan dəqiqləşdirilməyib. Təbrizli sosial media istifadəçilərinin noyabrın 27-si səhər saatlarında Elgölü parkına getməsi nəticəsində məlum olub ki, Azərbaycanın Təbrizdəki baş konsulluğu ailəni iki gün əvvəl Elgölü parkından konsulluğa aparıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:48 / 04.12.2023
XİN-dən İranda parkda çadırda qalan azərbaycanlı ailə ilə bağlı AÇIQLAMA - FOTO
Hazırda oxunan: XİN-dən İranda parkda çadırda qalan azərbaycanlı ailə ilə bağlı AÇIQLAMA - FOTO
Hazırda oxunan: XİN-dən İranda parkda çadırda qalan azərbaycanlı ailə ilə bağlı AÇIQLAMA - FOTO
167343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.