Bu şəkil 1986-cı il qayğısız tələbəllik illərinin qış tətili zamanı çəkilib. Dəlidağın bəxtəvər vaxtları idi. Qış yuxusunda uyuyan Başlıbel kəndi dünyanın ən xoşbəxt yaşayış məskənlərindən idi. Ağ libasa bürünmüş dağlar dərələrlə qol-boyun olub ömrünün ən xoşbəxt anlarınını yaşayırdılar. Kimin ağlına gələrdi ki, üstündən 20 il keçməmiş naxələf dünyanın üzü dönəcək, dağlar əsir, dərələr girov düşəcək. Yaxşı ki, indi də bu ağır günlərdə dərələr dağlara həyandır...
xa0xa0

Qəribə məntiqi var təbiətin
Duman da, çiskin də heçdən yaranmır
Dərəyə salmasa dağlar ülfətin
Başında nahaqdan duman qalanmır
Çaydımı qıvrılan dərə boyunca
Yoxsa dərələrdir çayı qıvrıldan
Dərələr həsrətdən yeyib doyunca
Kəsilməz yanğısı doysa da sudan
Dərələr dağların lap zirvəsindən
Dağın dağ dərdini çəkir aparır
Deyirəm bəlkə də elə o gündən
Dağ çayı dərədə şivən qoparır.
Qayalar qoynundan asılan o daş
Bəhanə axtarır dərəyə düşə
Deyirəm nə ola, ay dərə qardaş
Hər kəsin öz daşı hərəyə düşər
Dərələr dağların çəkir ağrısın
Dərələr daşların çəkir ağırın
Sənin də ey fələk, gorun çatlasın
Axı nə suçu var, dərə fağırın
Axı nə suçu var, dərə fağırın...
xa0 xa0 xa0

xa0xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Mahir- Kəlbəcər rayonu, Başlıbel (Dəlidağ) kəndi
































































































