Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.
Bizim.Media xəbər verir ki, o, saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.
MÖVZU İLƏ BAĞLI:
DİN Qəbələdə polis əməkdaşı ilə vətəndaş arasındakı insidenti araşdırır
Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.
Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o, daxili işlər orqanlarından xaric edilib.
Bizim.Media