Aprel ayının 2-də Yevlax rayonun Marzılı kənd sakini, Paşayeva Gülnaz Mirhəmzə qızı yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirlir ki, intihar edən qadın şəhid Əvəz Paşayevin anasıdır.
Məsələ ilə bağlı Cəbhə.İnfo-nun əldə etdiyi məlumata görə, o, oğlu şəhid olduqdan sonra özünə gələ bilməyib.
Daim oğlunu xatırlayır, hətta öz-özünə danışırmış. Qohumların verdiyi məlumata görə, hətta onun bu vəziyyətdə çox dözə bilməyəcəyi, vəfat edəcəyi də danışılırmış:
“Övladlarını çox çətinliklə böyütmüşdü, kasıb ailə idilər. Bir qız və bir oğlu vardı. Oğlu şəhid olanda 1 yaşı tamam olmamış övladı vardı və xanımı da hamilə idi. Uşağın başında kista var, dövlət hesabına müalicə olunur, deyirlər ki, getdikcə yaxşılaşır. Ana oğlunun ölümünə dözə bilmirdi, hər gün oğlu ilə danışırdı, öz-özünə və ancaq onunla söhbət edirdi”.
Xatırladaq ki, intihar edən Gülnaz Paşayevanın bacısının baldızı oğlu da Vətən müharibəsində şəhid olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:15 / 03.04.2021
Dəhşətli hadisə - Şəhid anası özünü asdı - TƏFƏRRÜAT - VİDEO
Hazırda oxunan: Dəhşətli hadisə - Şəhid anası özünü asdı - TƏFƏRRÜAT - VİDEO
Hazırda oxunan: Dəhşətli hadisə - Şəhid anası özünü asdı - TƏFƏRRÜAT - VİDEO
16724
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.