Mədəniyyət naziri Adil Kərimli dekabrın 2-də tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovu evində ziyarət edib.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, nazir qocaman kinematoqrafçının Azərbaycan kinosuna verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib, ona nazirliyin Fəxri diplomunu təqdim edib.
Akif Rüstəmov ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, ömrünün 55 ilini kinoya həsr edən Akif Rüstəmov "Azərbaycanfilm” kinostudiyasında lentə alınan 40-dək ekran əsərində (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, "Babək", "Nizami", "Dərviş Parisi partladır", "Bağ mövsümü", "Güllələnmə təxirə salınır" və s.) ikinci rejissor kimi çalışıb, "Axırıncı dayanacaq” bədii filminə quruluş verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
03:42 / 03.12.2023
Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib - FOTO
Hazırda oxunan: Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib - FOTO
Hazırda oxunan: Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib - FOTO
167176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.