Moskva hava limanlarında pis hava şəraiti səbəbindən 9 reys ləğv edilib, 30-u isə gecikib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Yandex Cədvəllər” xidməti məlumat yayıb.
Moskva vaxtı ilə saat 7:20-də verilən məlumata görə, Vnukovoya 12, Domodedovoya 12, Şeremetyevoya 6 reys gecikib, Vnukovoya 7, Domodedovoya isə 2 reys təxirə salınıb.
Hidrometeorologiya Mərkəzi, Moskvada hava şəraitinin sarı təhlükə səviyyəsinə çatdığını açıqlayıb. Dekabrın 3-ü saat 21:00-dək isə buzlanma gözlənilir.
Fövqəladə Hallar Nazirliyi də əlverişsiz hava şəraiti ilə əlaqədar təcili xəbərdarlıq edib.
Dekabrın 3-də günün sonuna kimi qar yağacağı, çovğun olacağı, yollarda qarın sürüşməsi gözlənilir.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:08 / 02.12.2023
Moskvada təhlükəli HAVA XƏBƏRDARLIĞI – 9 aviareys ləğv OLUNDU
Hazırda oxunan: Moskvada təhlükəli HAVA XƏBƏRDARLIĞI – 9 aviareys ləğv OLUNDU
Hazırda oxunan: Moskvada təhlükəli HAVA XƏBƏRDARLIĞI – 9 aviareys ləğv OLUNDU
167096
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.