Ramazanda həm oruc tutun, həm də kilo verin – Məsləhətlər

Hazırda oxunan: Ramazanda həm oruc tutun, həm də kilo verin – Məsləhətlər

16706

Bu il Ramazan ayı Azərbaycanda aprelin 13-nə təsadüf edəcək. Bir çox insanları ramazanda qidalanmaq problemləri narahat edir.

Bəs, Ramazanda necə qidalanaq ki, özümüzü həm rahat hiss edək, həm də artıq çəki qazanmayaq.

Bizim.Media sizə Ramazan ayında sağlamlığımıza zərər vurmadan qidalanmaq üçün bir neçə tövsiyyə  təqdim edir.

Oruc tutarkən uzun müddət ac qalanda insan orqanizmində nə baş verir?

Uzun zaman ac qaldıqda qanda şəkər miqdarı azalır. Bu iftar saatı yaxınlaşdıqca daha aydın şəkildə özünü biruzə verir. Bu zaman əsəbilik, baş ağrıları, diqqət pozğunluğu, halsızlıq, ürək bulanması meydana çıxır.Bundan başqa bədən temperaturu düşür, mədə turşuluğu artır və susuzluq əmələ gəlir.

Daha sonra iftar açdıqda qidalanma zamanı qan şəkəri anidən yüksəlir və insan daha çox yemək istəyir. Bu da həddən artıq qidalanmağa gətirib çıxarır. Beləliklə, qəbizlik və maddələr mübadiləsinin zəifləməsi yaranır. Bu zaman insan artıq çəki almağa başlayır.

İftar süfrəsində düzgün qidalanma necə olmalıdır? 

Mütəxəssislərin fikrincə, iftarı yüngül bir şorba ilə açmaq lazımdır. Bir –iki saatdan sonra isə əsas yeməyə keçmək olar. İftardan sonra yeyilən şirniyyatlar da sizə artıq çəkidə geri qayıda bilər. Əgər xətriniz şirni çəkirsə, iftardan 2 saat sonra südlü şirnilər, dondurma və meyvə yeyə bilərsiz. Ancaq ən doğru seçim meyvədir.

Əsas yeməklərdə isə ən doğru seçim bol tərəvəzli salatlar, sobada bişmiş ətlər, bulgur kimi dənli bitkilər və tərəvəz cığırtmaları ola bilər. Xəmir yeməkləri isə həzm prosesini poza bilər.

Ramazanda qəbizliyi necə aradan qaldırmaq olar?

Ramazanda ən çox üzləşilən problem qəbizlikdir. Bunu aradan qaldırmaq üçün bol lifli dənli bitkilər (qarabaşaq, bulqur və.s), quru paxlalar, bol tərəvəz, tam buğda çörəyi və süd məhsulları əsasən qatıq yemək məsləhətdir. Bundan əlavə bol su içmək də mütləqdir.

Qara çayı isə yaşıl çayla, ayran və meyvə suları ilə əvəz etmək olar. Sahura qalxmaq vacibdir.

Bəzi insanlar Ramazanda sahura qalxmamaq üçün gecə yatmazdan əvvəl qidalanır və ya sahurda 1 stəkan su ilə kifayətlənirlər. Bu ən böyük səhvlərdən biridir. Bu zaman ac qalma müddəti 18-19 saata qədər uzanır. Bu isə qan şəkərinin daha da düşməsinə gətirib çıxarır. Ayrıca, insan yuxuya gedəndə maddələr mübadiləsi daha da zəifləyir. Bu da yediyimiz hər bir tikə orqanizmdə piyə çevrilir.

Sahurda nə yemək lazımdır?

Sahurda şəkərli və duzlu qidalardan uzaq durun. Bunun əvəzinə yumurta, pendir, digər süd məhsulları və kəpəkli çörəklərə üstünlük verin. Sahur etdikdən sonra çalışın bir saatdan sonra yatın. Dərhal yuxuya getsəz qəbul etdiyiniz qidaların həzm prosesi zəif gedəcək. Bu da mədə problemlərinə yol aça bilər.

Ramazanda ağız gigiyenası

Sahurdan dərhal sonra dişlərinizi fırçalayın. Gün ərzində isə ağzınızı bir neçə dəfə adi su ilə yaxalayın. Əks halda ağızda artan mikroorqanizmlər çoxalacaq və bu da ağız qoxusu ilə özünü biruzə verəcək.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin