Bakıda DƏHŞƏT – 16 yaşlı qız ailəsi tərəfindən döyülərək küçəyə ATILDI - FOTO

Hazırda oxunan: Bakıda DƏHŞƏT – 16 yaşlı qız ailəsi tərəfindən döyülərək küçəyə ATILDI - FOTO

167036

Bakıda 16 yaşlı qız ailəsi tərəfindən döyülərək küçəyə atılıb.

Bizim.Media xəbər verir ki, bu haqda Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə özünün feysbuk hesabında paylaşım edib. 

O, döyülmə faktının peşə məktəblərinin birində aşkarlandığını qeyd edib:

“Bu gün peşə məktəblərinin birində 16 yaşlı qızın ailəsi tərəfindən döyülmə faktı aşkarlanıb. Məktəb rəhbərliyi dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 102 xidmətinə məlumat verib. Uşaq ərizəsində təhlükəsizliyinin təmin edilməsi üçün sığınacağa yerləşdirilməsini bildirib.
Mən bu məlumatı alan kimi aidiyyatı qurumların koordinasiya formatlı “Whatsapp” qrupuna göndərdim. 17-ci polis bölməsinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin əməkdaşları birgə yeniyetmə ilə işə başladılar. Nərimanov Rayon İcra Hakimiyyəti isə sonradan "üzə" çıxdı. Başda İradə xanım olmaqla!!! Deyəsən İradə xanımı narahat etmişik...Dediyinə görə burda qərar verən ancaq odur!!! Bu həmin icra hakimiyyəti komissiya rəhbəridir ki, zamanında azyaşlıları valideyn hüquqları məhdudlaşdıraraq uşaq müəssisəsinə verilməsi ilə bağlı məhkəmənin qərarı olduğu halda onlar uşaqları təhlükəyə atdılar.

İndi isə İradə xanım çox acıqlıdır, onun işinə qarışırmışıq...Saat 13.00 dan yeniyetmə polisdədir, İradə xanım isə komissiyanın iclasını saat 18.00 -ya salıb və heç bir aidiyyatı qurumun fikrini önəmsəmir. Adam deyir ki, burda mənəm vəssalam!!! Qız isə qorxu içində!!! İradə xanım çox qəzəblidir, əsasən də mənə. Nahar fasiləsindən sonra yəqin rahatsızlıq yaratmışam”.

Birliyin sədri məsələnin həlli üçün aidiyyatı qurumlara səslənərək yeniyetmənin təhlükədə olduğunu yazıb:

“Buradan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmana, Daxili İşlər Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Baş Prokurorluğa, Sosial Xidmətlər Agentliyinə və hüquqmüdafiəçilərinə müraciət edirəm. Uşağın həyatı təhlükədədir. Gecə evdən döyülərək qovulub, küçədə gecələyib. Bahar Muradova mümkünsə 16 günlük kampaniyanı İradə xanımın ümidinə buraxmayın”, - deyə Kəmalə Ağazadə qeyd edib.

Yazıda adıçəkilən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin