Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO 

Hazırda oxunan: Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO 

167001

Xaçmazın 18 300 nəfər əhalisi olan Xudat şəhərinin xəstəxanasının bağlanması, hazırda burada fəaliyyət göstərən Ailə-Sağlamlıq Mərkəzinin dar çərçivədə fəaliyyət göstərməsi ilə bağlı bir məlumat vermişik.

Bir neçə gündür ki, Xudat şəhər xəstəxanasının ərazisində söküntü işləri gedir. Söküntü işlərindən sonra Ailə-Sağlamlıq Mərkəzinin yenilənəcəyi barədə məlumatlar dolaşır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda tibb müəssisəsinin eyvanı QƏZALI VƏZİYYƏTDƏ – VİDEOREPORTAJ 


Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəsmisi Zamirə Adilova ilə əlaqə saxladıq. TƏBİB rəsmisi Bizim.Media-nın şimal bürosuna açıqlamasında burada yeni şöbənin inşa ediləcəyini bildirib: 

"Xudat şəhər Təcili Tibbi Yardım bölməsinin yerləşdiyi - 1958-ci ildə tikilən 2 mərtəbəli binada xidmətlərin genişləndirilməsi və digər kliniki müayinələrin müasir standartlara uyğun həyata keçirilməsi məqsədi ilə hazırda əsaslı təmir işləri həyata keçirilir. Təmir işlərinə bu il noyabr ayının 3-dən başlanılıb.

Həmin ərazidə bu günədək söküntü işləri həyata keçirilib və bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. İş qrafikinə əsasən əsaslı təmir işlərinin 6 ay ərzində başa çatdırılması nəzərdə tutulub." 

TƏBİB-in mətbuat katibi Xudat Ailə-Sağlamlıq Mərkəzinin binasının təmirinin növbəti ildə həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.
 















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin