Hərbçilərin pensiyaları ilə bağlı YENİ QANUN – Hansı dəyişikliklər OLACAQ?

Hazırda oxunan: Hərbçilərin pensiyaları ilə bağlı YENİ QANUN – Hansı dəyişikliklər OLACAQ?

166990

“Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarında müzakirə edilən dəyişikliklərə əsasən, müddətdən artıq hərbi xidmət qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 3 il artırıldı. Əvvəllər bu hədd 45 yaş götülürdü. Ancaq yeni qanunvericiliyə görə bu həddin 48 yaşa qədər artırılması nəzərdə tutulur”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Hərbçilərin aylıq vəzifə maaşları 20 faiz ARTIRILACAQ 


“Hərbçilər 25 il xidmət edəcəklər”

Ekspertin sözlərinə görə, yeni qanun hərbi qulluqçuların daha çox xidmətdə olmasına, onların təcrübəsindən daha geniş şəkildə və uzun müddətdə yararlanmağa imkan verəcək:

“Digər tərəfdən isə xidmətdə olan hərbi qulluqçuların pensiya təminatı da çox olacaq. Ona görə ki, 3 il əlavə xidmətə görə, pensiyaya yeni faizlər əlavə olunacaq ki, bu da onun yekun məbləğinə təsir edəcək. Dəyişikliklər həm də hərbi qulluqçuların mülki ali məktəblərdə təhsil almasına imkan verəcək. Bunun üçünsə hərbçilərin komandanlıqdan icazə almaları tələb olunacaq”. 

Ədalət Verdiyevin sözlərinə görə, əvvəllər hərbçilərin pensiyaya çıxması üçün 20 il kifayət edirdisə, bundan sonra onlar 25 il xidmət edəcəklər:

“Ancaq bu, gələn il yanvarın 1-nə qədər xidmət müddəti 17 il tamam olan hərbiçilərə aid edilməyəcək. Belə ki, sözügedən kateqoriyaya daxil olan hərbçilər xidmət müddəti 20 il tamam olandan sonra pensiyaya çıxa biləcəklər. Daha əvvəl orduya qəbul olunanlar isə 25 ildən sonra pensiyaya çıxmaq üçün qanuni hüquqlar əldə edəcəklər”. 

Əlavə ödənişlər artırılacaq?

Qulluq stajına görə hərbçilərə verilən əlavə ödənişlərin 25 faiz olduğunu söyləyən müsahibimiz qeyd edib ki, hazırda müddətin artırılması ilə bağlı bu vəsait 65 faizə qaldırılacaq:

“Bu da pensiyaya çıxarkən hərbi qulluqçunun təqaüdünə də müsbət təsir edəcək. Əgər 25 ildən artıq xidmət edəcəksə, o zaman bu müddətdən sonrakı hər il üçün onların əmək haqlarına 3 faiz həcmində ödəniş əlavə olunacaq. Bu dəyişikliklər yalnız hərbi qulluqda olanlara və bu statusu daşıyanlara şamil ediləcək. Digər strukturlarda xidmət edənlərə isə aid olmayacaq. 

Digər tərəfdən isə Müdafiə Nazirliyinə xidmət edən hərbçilərin sosial müdafiəsini yaxılaşdırmaq üçün, aylıq vəzifə maaşları Prezident İlham Əliyevin sərəncamı ilə orta hesabla 20 faiz artırılıb. Lakin bu artımlar və əlavələr ehtiyatda olan hərbçilərə aid edilmir. Onlar yalnız inflyasiyaya uyğun olaraq əmək pensiyalarının artımı ilə kifayətlənirlər”.

Qeyd edək ki, bir neçə gün öncə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi Milli Məclisə daxil olub.
Dəyişikliklərdə, hazırda hərbi xidmət keçən hərbi qulluqçuların sosial vəziyyətinin, pensiya təminatının yaxşılaşdırılması və digər məsələlər öz əksini tapıb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin