Xəbər verildiyi kimi, Sabirabadda bir yaşlı körpə xəstəxanada ölüb. İlkin məlumata görə, onun qızılcadan öldüyü ehtimal edilir.
TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci il təvəllüdlü azyaşlıya qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 1 yaşlı uşaq qızılcadan ÖLDÜ
Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub:
“1 yaşlı körpə 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib. Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb”.
Qeyd edək ki, bu, Azərbaycanda qızılcadan 3-cü ölüm faktıdır.
Bizim.Media