Məhəbbət Kazımovun məzarı Laçına KÖÇÜRÜLÜR? – Oğlundan AÇIQLAMA

Hazırda oxunan: Məhəbbət Kazımovun məzarı Laçına KÖÇÜRÜLÜR? – Oğlundan AÇIQLAMA

166974

Bu gün Laçının azad edilməsinin 3-cü ildönümüdür. 

Laçın deyəndə hər kəsin ağlına bənzərsiz səsi ilə seçilən Məhəbbət Kazımov gəlir. Mərhum sənətkar ifa etdiyi “Laçınım mənim” mahnısı  ilə təkcə laçınlıların deyil, bütün Azərbaycan xalqının qəlbini riqqətə gətirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Adını yanlış bildiyimiz Əməkdar artist haqda - FAKTLAR


Məhəbbət Kazımovun ruhu artıq Laçındadır, bəs məzarı doğma yurduna köçürüləcəkmi?

Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov Bizim.Media-ya bildirib ki, Laçından atasının məzarına torpaq gətirib:

“Biz əslində Laçına köçmək istəyirik. Bakıda qeydiyyatda olduğumuza və məcburi köçkün hesab olunmadığımıza görə, bizə “Qaçqınkom”dan məlumat daxil olmayıb. Bu barədə dövlət dəstəyi üçün aidiyyatı qurumlara müraciət edəcəyəm. İnşallah, ya dövlət dəstəyi ilə, ya öz hesabıma da olsa, gedib Laçında yaşamaq istəyirəm. 

Atamın məzarının Laçına köçürülməsinə gəlincə, əvvəl belə bir təklif verməyi düşünürdüm. Amma sonra qərarımı dəyişdim. Məhəbbət Kazımov xalqın sənətkarıdır, tək Laçının yox...
Atamın qəbri Laçına köçürülsə, onu ancaq laçınlılar ziyarət edə biləcək. Bakıda isə hər gün ən azı 5-10 nəfər məzarına baş çəkir. Amma atamın məzarına Laçın torpağını gətirmişəm”. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin