Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər SAXLANILDI 

Hazırda oxunan: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər SAXLANILDI 

166957

Noyabrın 30-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən, borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 64 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin