“Dəmiryolu vağzalının sərnişinləri ŞİKAYƏTÇİDİRLƏR –“Kassa sayı azdır, basabas yaranır” - FOTO

Hazırda oxunan: “Dəmiryolu vağzalının sərnişinləri ŞİKAYƏTÇİDİRLƏR –“Kassa sayı azdır, basabas yaranır” - FOTO

16691

Bakının Dəmiryolu vağzalında elektrik qatarlarından istifadə edən sərnişinlər vağzalda kassaların azlığından şikayətçidirlər.

Şikayətçilərdən biri Valeh Həsənov Bizim.Media-ya söyləyib ki, hər gün kassanın qarşısında növbəyə dayanır.

“Qatarlar rahatdır. Evə əsəbsiz gedib çatırıq. Di gəl ki, kassaların olmaması adamı lap özündən çıxarır. Bir də görürsən ki, kimsə sənin növbənə girdi.

Və yaxud qatar yola düşmək üzrədir, sən isə burada bilet növbəsində dayanmısan. Necəsə bu problem həll olunmalıdır. Bütün stansiyalarda eyni vəziyyətdir. Stansiyada kassa əlavə etsələr, nə olardı ki?”.

“Azərbaycan Dəmir Yolları” QSC-dən isə bildirdilər ki, yaxın zamanda kassaların azlığının aradan qaldırılması ilə bağlı alternativ tədbirlər görüləcək.

“Sərnişinlər Abşeron Dairəvi dəmir yolu xətti üzərində yerləşən 14 stansiyanın hər birində kassalardan bilet almaqla yanaşı, təmassız ödəniş kartlarından istifadə etməklə qatarlara keçə bilirlər. Hər dəfə kassa və ya ödəniş aparatı qarşısında  gözləmək zərurətində qalmamaq üçün hazırda mövcud olan ödəniş kartlarına  bir neçə gediş üçün öncədən vəsait yükləmək olar.

Bununla belə "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin rastlaşdığı belə maneələrin aradan qaldırılması istiqamətində bank kartları ilə də ödəniş edilməsi üçün tərəfdaşları ilə birgə iş aparıb.

Yaxın vaxtlarda təmassız ödənişi ( NFC)  dəstəkləyən istənilən bankın karti ilə qatarlara sürətli keçid etmək mümkün olacaq. 

Bu barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin