Oğuz və Göyçay sakinlərindən qanunsuz odlu silahlar GÖTÜRÜLÜB - FOTO

Hazırda oxunan: Oğuz və Göyçay sakinlərindən qanunsuz odlu silahlar GÖTÜRÜLÜB - FOTO

166900

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon sakinindən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng aşkar edilərək götürülüb. 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Xalxal kənd sakini qanunsuz olaraq saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin